

Almaniyanın keçmiş kansleri Angela Merkel (2005-2021-ci illərdə vəzifədə idi) İsrailin özünümüdafiə hüququnu müdafiə edərək bildirib ki, yəhudi dövləti özünü müdafiə edə bilməlidir.
Merkel “Neue Osnabrücker Zeitung” qəzetinə müsahibəsində deyib: “Əgər kiməsə İsrail dövlətini məhv etmək istədiklərini söyləməyə icazə verilirsə, İsrail buna qarşı özünü müdafiə edə bilməlidir”.
İsrailin hərəkətlərinin beynəlxalq hüquqa uyğunluğuna dair son şübhələr fonunda Almaniyanın keçmiş kansleri “İsrailin beynəlxalq hüquqa əməl etməməsi mesajı ilə tamamilə razı olmadığını” vurğulayıb. “HƏMAS və ya İran tərəfindən bir ölkənin varlığı şübhə altına alındıqda, beynəlxalq hüquq baxımından bu suala cavab vermək o qədər də asan deyil” deyə o, yekunlaşdırıb.
Cavid