Aİ səfiri: Şuşada olmaq çox gözəldir Hadisə

Aİ səfiri: Şuşada olmaq çox gözəldir

Avropa İttifaqı azad edilmiş ərazilərdə minatəmizləmə prosesini dəstəkləyir.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Şuşaya səfəri zamanı deyib.
“Bu gün Şuşada olmaq çox gözəldir. Həqiqətən də, Şuşa Azərbaycanın gözəl bir şəhəridir. Qarabağa bir neçə dəfə səfər etmişəm və Azərbaycanın hər yerində olduğu kimi, burada da gözəl yerlər görmüşəm. Burada davam etməkdə olan quruculuq işləri bizi valeh edib. İnsanların bura qayıtdığını və həyatın yenidən başladığını müşahidə etmək olar. Avropa İttifaqı minadan təmizləmə səylərini dəstəkləməklə regionda sülh və əmin-amanlığa töhfə verir. Hansı ki, bu, insanların qayıdışı və rifah halında yaşaması üçün əsas şərtdir”, - Aİ səfiri vurğulayıb.