

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İqtisadiyyat nazirinin sabiq müavini Romeo Mikautadzeni saxlayıb.
Gürcüstan mətbuatı xəbər verir ki, bu barədə DTX-də keçirilən brifinqdə bildirilib.
Məlumata görə, vəzifə səlahiyyətlərindən sui-istifadə və milyonlarla lari həcmində qeyri-qanuni gəlirlərin leqallaşdırılması faktlarına dair məhkəmə qərarı əsasında Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin sabiq müavini R.M. saxlanılıb.
Cavid