İsrail İordan çayının qərb sahilində 16 fələstinlini ələ keçirib Dünya

İsrail İordan çayının qərb sahilində 16 fələstinlini ələ keçirib

Fələstinin rəsmi agentliyi WAFA-nın dərc etdiyi xəbərə görə, İsrail əsgərləri Hebronun cənub-qərbindəki Dura qəsəbəsindəki Əl-Namus əl-Favqa məhəlləsinə basqın ediblər.

Basqında İsrail əsgərləri Cihad əs-Sabbarı və onun iki oğlu Faysal və Fadini saxlayıb, həmçinin Fələstin bağçalarından kənd təsərrüfatı materialları və gübrələri müsadirə ediblər.

İsrail qüvvələri Dura şəhərinin Deyr əl-Əsal əl-Taxta kəndinə də basqın edərək 9 nəfəri saxlayıb. İsrail qüvvələri Hebronun cənub-qərbindəki Beyt-Avvah qəsəbəsində keçirdiyi basqın zamanı 2 nəfəri, şəhərin şimalındakı Halhul qəsəbəsində də 2 nəfəri nəzarət altına alaraq naməlum yerə aparıb.

İsrail əsgərlərinin basqınlar zamanı evlərdəki əşyaları da məhv etdiyi bildirilib.