

9 İyul 11:59
9 İyul 10:36
9 İyul 09:10
Hindistanın Qucarat əyalətində körpünün çökməsi nəticəsində 9 nəfərin həlak olduğu, 6 nəfərin isə yaralandığı bildirilib.
Xalqcebhesi.az xəbər verir ki, Hindustan Times qəzetinin məlumatına görə, Vadodara və Anand bölgələrini birləşdirən 900 metr uzunluğundakı körpünün iki dayağı arasındakı hissə çöküb.
Rəsmilər hadisə zamanı körpüdən keçən 2 yük maşını və 2 pikapın çökən hissədən çaya düşdüyünü bildiriblər.
Xilasetmə qrupları dərhal hadisə yerinə cəlb edilib. İlkin məlumatlara əsasən, 9 nəfər həyatını itirib, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qucarat əyalətinin daxili işlər naziri Harsh Sanghavi açıqlamasında bildirib ki, hadisə yerinə yüksək səviyyəli nümayəndə heyəti göndərilib və əyalət baş naziri Bhupendra Patel vəziyyəti şəxsən nəzarətdə saxlayır.
Baş nazir Patel isə qeyd edib ki, 1985-ci ildə inşa olunan körpünün mütəmadi texniki baxışı aparılıb və qəzanın dəqiq səbəbi araşdırılır.
Məryəm Quliyeva