AKP sözçüsü: Türkiyə İrana xarici müdaxilənin qəti əleyhinədir
"Tiktok"da canlı yayımda qeyri-etik ifadələr işlədən şəxs həbs edilib
Ermənistan Azərbaycanın COP17-də iştirakı üçün tezliklə rəsmi dəvət göndərəcək
Ötən il Azərbaycan meyvə-tərəvəz ixracından 900 mln. dollardan çox gəlir əldə edib
"Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib
14 İyul 2025 07:32
2 247
ABŞ prezidenti Donald Tramp iyulun 14-də Ukraynaya hücum silahları da daxil olmaqla silah tədarükü planını təqdim etmək niyyətindədir.
Bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.
Portalın yazdığı kimi, Amerika administrasiyasının rəhbəri bazar ertəsi Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüşdə “Ukraynanın silahlanmasına dair yeni planı təqdim edəcək, bu plana hücum silahlarının da daxil olacağı gözlənilir”.
Axios vurğulayır ki, bu, Trampın siyasətində "böyük dəyişiklik" göstərəcək. ABŞ lideri daha əvvəl Vaşinqtonun Kiyevə “daha bir neçə silah” göndərəcəyini bildirərək, sözügedən silahların “əsasən müdafiə xarakterli” olduğunu izah edib.
Portalın mənbələri iddia edir ki, Trampın planında “Rusiya ərazisinin dərinliklərində, o cümlədən Moskvada hədəflərə çata bilən uzaqmənzilli raketlərin Ukraynaya mümkün transferi” bəndi ola bilər. Eyni zamanda Axios mənbələri qeyd edir ki, bu məsələ ilə bağlı yekun qərarın verilib-verilmədiyini bilmirlər.
Cavid