NATO müharibə zamanı aviasiya yanacağı qıtlığı ilə üzləşə bilər
Komitə sədri: Kənd təsərrüfatı məhsullarına 10%-lik vergi çətinliklər yarada bilər
Rəsmi Bakı: Azərbaycan Dublində Avropa Siyasi Birliyinin üç sənədinə qoşulmayıb
Türkiyə rəsmiləri Ermənistanla sərhəddə dəmir yolu tikintisinin gedişatını yoxlayıb
12:52
196
Kənd təsərrüfatı məhsullarına 10%-lik vergi fermerliyin və kənd təsərrüfatının inkişafı üçün müəyyən çətinliklər yarada bilər.
Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bu gün keçirilən Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında deyib.
O bildirib ki, gübrələr bahalaşıb, texniki xidmətlər bahalaşıb, yanacağın qiyməti artıb. Belə bir vaxtda verginin tətbiq olunması gələcək üçün çətinliklər yarada bilər.
“Verginin tətbiqinin vaxtının uzadılmasını bir vətəndaş kimi, deputat kimi xahiş edərdim. Çox sağ olsun ölkə rəhbəri və müvafiq orqanlar ki, uzun müddətdir kənd təsərrüfatına bu vergilər tətbiq olunmur. Bundan sonra da bu məsələyə önəm verilsə, daha yaxşı olar”, – deyə o qeyd edib.