“Dəmir Yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə
Bu bina “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansında çıxarılıb
İstanbulda 200 azərbaycanlı uşağa ödənişsiz tibbi xidmət göstərildi - FOTO
İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb - FOTO
8 Avqust 2025 08:04
2 464
Afrika Tibb və Araşdırma Fonduna məxsus təyyarə Keniyanın paytaxtı Nayrobidən təxminən 20 kilometr şimal-şərqdə yaşayış massivindəki binaya çırpılıb.
Xalqcəbhəsi.az “TRT Haber”ə istinadla qeyd edir ki, Kiambu bölgəsi Regional Polis Komandiri Maurice Odanqa qəzada 2 nəfərin öldüyünü, 2 yaralının isə xəstəxanaya aparıldığını açıqlayıb. O, istintaq başladıldığını bildirib.
Sosial media görüntülərində qəza yerindən tüstü qalxdığı və ətrafdakı yüzlərlə insanın ilk yardım qrupu ilə birlikdə alov, dağıntı və toz arasında xilasetmə işlərində iştirak etdiyi görünür.
Həlak olanların kimliyi və ya qəzanın səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Hadisə yerinə fövqəladə hallar qrupları və mülki aviasiya orqanları göndərilib.