
Zelenski: Ukrayna Avropa Birliyinin bir hissəsi olacaq
7 Avqust 19:52
7 Avqust 19:52
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Danimarkanın cənub-şərqindəki Koldinq şəhərində özəl məktəbə silahlı hücum planlamaqda şübhəli bilinən 15 yaşlı oğlan saxlanılıb.
Polis hücumun üç tələbə tərəfindən planlandığını bildirib. Digər iki şübhəli isə dindirildikdən sonra sərbəst buraxılıb.
Cənub-Şərqi Jutland bölgəsinin polisi keçən cümə günü özəl St.Michaels məktəbində atışma planı ilə bağlı xəbər aldıqlarını açıqlayıb.
Koldinq şəhərində yerləşən məktəbin ölkədə yay tətilinin sonunda avqustun 11-dən öncə hədəfə alınacağı bildirilib.
Səlahiyyətlilər hadisənin aşkarlanmasından sonra məktəbdə və ya ərazidə heç bir təhlükəsizlik təhdidinin olmadığını vurğulayıb. Hücumun hədəfi olan məktəbdəki şagirdlərin təhlükəsiz olduğu bildirilib.
Adam öldürməyə cəhddə ittiham olunan 15 yaşlı şübhəli prokurorun tələbi ilə məhkəməyə gətirilib və 4 həftə müddətinə müvəqqəti həbs edilib.
Bələdiyyədən verilən açıqlamaya görə, şübhəlilərin hamısı hücumu planladıqları məktəbin deyil, başqa məktəbin şagirdləridir.