Çin bircə atəş açmadan Suriyada müharibəni udur Dünya

Çin bircə atəş açmadan Suriyada müharibəni udur

Ümumdünya Bankının məlumatına görə, 2011-ci ilin əvvəlindən 2017-ci ilin başlanğıcına qədər müharibə ucbatından Suriya ÜDM-nin toplam itkisi 226 milayard dollar təşkil edir. Dəməşq hökuməti də, təxminən, bu cür rəqəm göstərir. Prezident Bəşər Əsəd bir neçə ay öncə deyib ki, ölkəsinin müharibənin altı ilində məruz qaldığı itki 220 milyard dollardır. Suriyada müharibədən ziyan bu ölkənin 2010-cu il ÜDM həcmini 3-4 dəfə üstələyir. Sanıram ki, bununla bağlı sıradakını əminliklə deyə bilərik: ola bilsin ki, Dəməşq hökuməti müttfəqlərin yardımı ilə Suriyada müharibəni udacaq. Amma çox ehtimal ki, silahlar susanda bu müharibənin hesabını ödəyə və yaraları təkbaşına sağalda bilməyəcək.
T24 (Türkiyə) yazır ki, Dəməşq hökuməti müharibənin altı ili ərzində iflic edilmiş sosial sferanı və zədələnmiş sosial infrastrukturu, məktəblərdən xəstəxanlara, yollardan istilik elektrik stansiyalarına qədər infrastrukturu dağıdılmış ölkəni təkbaşna çiçəklənən ölkəyə çevirməyə və bərpa etməyə gücü çatmayacaq.
Lakin bu pullar, bu yatırımlar haradan gələcək? Suriyanı kim yenidən quracaq? Türkiyənin Suriyanı bərpa etmək şansı yoxdur. Kimin imkanı olduğu haqda təsəvvürlərimizi indi bölüşmək istərdik.
Rusiya. Bilirik ki, neftin düşmüş qiymətləri və hərbi kampaniyaya gündə üç milyard dollar məsrəfə görə Dəməşq hökumətinin baş müttfəiqi Rusiyanın kassası əvvəlki qədər etibarlı deyil. Həm də, əlbəttə, ruslar müttəfiq hüququnda işə girişəcəklər, amma çətin ki ən böyük yatırımçı olsunlar.
Fars körfəzi ölkələri. Neft qiymətlərinin azalması ilə bağlı Rusiya kimi büdcəni kökündən büsbütün dəyişdirmiş Fars körfəzi ölkələri də ən böyük yatırımçı rolunu öz üzərinə götürə bilməz, amma yenə də hansısa rolu oynayacaq.
ABŞ. Bu müharibənin yaratdığı şərait sayəsində bir dönümlə özünün Səudiyyə Ərəbistanı kimi "müttəfiqlərinə" 110 milyard dollar məbləğində silah satan ABŞ-ı "Suriyanın bərpası" narahat etmir.
AB. Qaldı Avropa Birliyinə … Avropa ölkələri müharibə vaxtı Suriyaya qarşı çox da xeyirxah deyildi və indi, çox ehtimal ki, bu məsələyə belə mövqedən yanaşır: "Dəməşq hökumətinin ölkənin bərpasında istənilən halda yardımımıza ehtiyacı olacaq və o zaman bu ölkədə bizim istəyimizlə hökumət qurmaq üçün hər şey bizdə olacaq". Bununla belə, Avropanın hansı şansı olacağı haqda sual hələlik müəmma olaraq qalır!
Çin. Müşahidəçilərin fikrincə, Suriyanın bərpasında önəmli rolu BRHÇC ölkələri oynayacaq, amma ölkələr arasında baş rolu üzərinə götürəcək ölkə, əlbəttə, Çin olacaq! Bu faktın nümayişi baxımından 17-26 avqustda Suriya paytaxtında baş tutmuş, Çinin də səfirlik səviyyəsində qatıldığı "Dəməşq beynəlxalq sərgisi" mühüm göstərici olub. Bununla belə, iki ölkə münasibətləri bu sərgiyədək fəallaşıb. 2017-ci il iyulun 9-da Pekində Suriya səfirliyinin dəstəyi ilə qarşlıqlı mübadilə üzrə Çin-ərəb assosiasiyası tərəfindən "Suriya günü" adlı tədbir keçirilib. Onda əsasən yatırım və inşaat sahəsində çalışan Çin firmalarının minlərlə təmsilçisi iştirak edib. Suriyaya birinci dərəcəli yatırımların da təmsil olunduğu tədbirdə SƏR-in Pekindəki səfiri İmad Mustafa çıxışında vurğulayıb ki, Suriya hökuməti yatırım və inşaat sahəsindəki imkanlar baxımından Çin şirkətlərinə üstünlük verəcək və Suriyada gözləyirlər ki, müharibədən sonra ölkənin bərpasında bu şirkətlər öz üzərinə böyük rol götürəcək.
Hər şeyə əsasən, Dəməşq hökumətinin bu gözləntisi cavabsız qalmayacaq. İlk sövdələşmə elə bu tədbirdə baş tutub. Mübadilə üzrə Çin-Ərəb assosiasiyası sədrinin müavini Tsin Yunun bildirdiyi kimi, Çin şirkətləri Suriyada sənaye parkının yaradılmasına iki milyard dollar yatırmağa hazırlaşır. Layihə indiki mərəhələdə Çinin 150 şirkətini birləşdirir.
Əlbəttə, söhbət bu cür böyük layihədən gedəndə onun hüquqi çərçivələri özəl hazırlıq tələb edir. Suriya səfirliyi, qarşılıqlı mübadilə üzrə Çin-Ərəb assosiasiyası və Çinin mərkəzi Pekində olan hüquq firması 2017-ci il iyulun 4-də 4 Suriyanın bərpası, həmçinin Çin şirkətlərinin ehtiyac duyduğu yatırım mühitinin formalaşmasına şərait yaradacaq hüquqi dəstək göstərməklə bağlı hüquqi və texniki məsələlərlə məşğul olası özəl komissiya yaradıb.
Çinin Suriyada həmçinin neft sənayesinə, o cümlədən neft yataqlarının kəşfiyyatı işləri və mənimsənilməsinə çoxmilyardlıq yatırımı var. Çin milli neft şirkəti Suriyanın Həyyan yataqlarında işləyən iki ən böyük neft şirkətinin səhmlərinə malikdir. Suriyada müharibə üzündən bu sahəyə Çin yatırımları kəsilsə də, işğal edilmiş neft yataqları İŞİD-dən azad edildikcə Dəməşq-Pekin əməkdaşlığının əvvəlki dövrlərə dönəcəyinə ümidlər güclənir.
Çin həmçinin BMT Təhlükəsizlik Şurasında Suriyaya münasibətdə sanksiyalar tətbiqi haqda qətnaməyə veto qoyaraq Suriyanı dəstəkləyib. Bu yardım Suriya hökuməti üçün olduqca dəyərlidir. Lakin Çin dəstəyi təkcə diplomatiya ilə məhdudlaşmır. Pekin rəhbərliyinin müharibə vaxtı Dəməşq hökumətinin tərəfində hərbi əməliyyatlara qatılmaq üçün Suriyaya qoşun göndərmədiyinə baxmayaraq məlumdur ki – bunu Çinin ingilisdilli rəsmi media qurumu "Global Times" da təsdiqləyir – Pekin bu ölkəni puleymot, uzunlüləli snayper tüfəngləri, raket batareyaları kimi silahlarla təchiz edir. Buna görə də Suriyada Çindən hərbi heyətə təlim keçən xeyli sayda hərbi müşavirlər də var.