Rusiyada qayıqla gəmi toqquşub, üç nəfər ölüb Dünya

Rusiyada qayıqla gəmi toqquşub, üç nəfər ölüb

Rusiyanın İrkutsk vilayətinin Listvyanka kəndi yaxınlığında sürətli qayıqla gəminin toqquşması nəticəsində üç nəfər ölüb, bir nəfər isə yaralanıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional bölməsinin Telegram kanalında məlumat verilib.

"İlkin məlumata görə, qayığın göyərtəsində beş nəfər olub. Toqquşma nəticəsində bir nəfər yaralanıb, üç nəfər ölüb. Hazırda digər sərnişinin axtarışları aparılır. Gəminin göyərtəsində olan doqquz nəfər xəsarət almayıb", - deyə bölmədən bildirilib.

Hadisə yerində müvafiq qurumların əməkdaşları işləyirlər.