Azərbaycana idxal edilən hibrid avtomobillərin dəyəri 1 milyard dollara yaxınlaşıb
Gürcüstan vətəndaşları xaricdə parlament seçkilərində səs verə bilməyəcəklər
Üzeyir Hacıbəylinin “Ər və arvad” operettası Türkmənistanda türkmən dilində təqdim edilib
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
Çempionlar Liqası: “Araz-Naxçıvan”ın “Benfika” ilə cavab oyununun vaxtı və yeri açıqlanıb
10 Oktyabr 16:43
2 170
Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Rusiya və Azərbaycanın dövlətlərarası münasibətlərdə böhran yaşandığını söyləmək olmaz.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Putin Tacikistana səfərinin yekunları ilə bağlı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, əks halda ölkələr iqtisadi əlaqələrin inkişaf etdiyini görməzdilər.
"Dövlətlərarası münasibətlərdə bu nə böhrandır? Bu, emosiyaların böhranı idi - və başa düşüləndir. Biz faciəvi hadisə ilə üzləşdik: təyyarə qəzası. Və bunu həll etmək üçün bizə vaxt lazım idi", - deyə Rusiya prezidenti vurğulayıb.
Putin ümid edir ki, ölkələr “səhifəni çeviriblər” və öz böyük planlarını həyata keçirməyə davam edə biləcəklər.
12:31
343
11:02
581
11:01
826