Türkiyə MMN Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik edib
Emin Əmrullayev: Saat hesabı maaş sistemindən uzaqlaşmalıyıq
İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb
Azərbaycanlı investorlara Əbu-Dabi Birjasında qarşılıqlı ticarət imkanı yaradılıb
Almaniya İsrailə silah satışına qoyulan məhdudiyyətləri aradan qaldıracaq
10 Oktyabr 18:11
2 541
Türkmənistanın hədiyyəsi olan məscidin məhz Füzulidə tikilməsi Qarabağın Azərbaycan Respublikasına aid olmasının bir sübutudur.
APA xəbər verir ki, bunu Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov ölkəsinin Füzuli şəhərində Azərbaycan xalqına hədiyyəsi olan məscidin təməlqoyma mərasimi münasibətilə keçirilən brifinqdə deyib.
Səfir məscidin təməlqoyma mərasiminin bütün Türk dövlət başçılarının iştirakı ilə keçirilməsini xatırladıb. O əlavə edib ki, bu, Türk dünyası üçün çox vacib tarixi hadisədir.
“Düşünürəm ki, gələcəkdə bu məscid bir növ Türk dövlətlərinin dostluğunun, qardaşlığının simvoluna çevriləcək”, - diplomat qeyd edib.