

Ağ Ev hökumət aparatında ixtisarların başladığını təsdiqləyib
“Avropa üçlüyü” liderləri İranla nüvə proqramı üzrə danışıqları bərpa etməyə hazırdır
Türkiyədə Ukrayna ilə bağlı birbaşa danışıqlara ev sahibliyi etməyə davam edəcək
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Tacikistana işgüzar səfərindən paylaşım edilib
Gürcü nazir: BTQ-nin tam istifadəyə verilməsini səbirsizliklə gözləyirik
Azərbaycan Dövlət YUĞ Teatrının “Mən – Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşasının 10 oktyabr tarixində Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında daxili baxışı keçirilib.
APA YUĞ Teatrına istinadən xəbər verir ki, səhnə əsərini teatrın bədii şurasının üzvləri və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri izləyib.
“Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırladığı tamaşada Əməkdar artist Qasım Nağı və aktyorlar Mətanət Abbas, Vüqar Hacıyev, Amid Qasımov iştirak edib. İlahi oyun janrlı səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, xoreoqrafı Anar Mikayılov, musiqi tərtibatçısı isə İffət Əsgərovdur.
Qeyd edək ki, YUĞ Teatrı “Mən – Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşası ilə Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında iştirak edəcək. Festival çərçivəsində tamaşa 16 oktyabr tarixində Quimera teatrında nümayiş olunacaq.