Emin Əmrullayev: Saat hesabı maaş sistemindən uzaqlaşmalıyıq
İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb
Azərbaycanlı investorlara Əbu-Dabi Birjasında qarşılıqlı ticarət imkanı yaradılıb
Almaniya İsrailə silah satışına qoyulan məhdudiyyətləri aradan qaldıracaq
Nazir müavini: WTDC25-in Bakıda keçirilməsi Azərbaycanın qlobal nailiyyətlərinə verilən qiymətdir
10 Oktyabr 16:27
1 869
Britaniya hökuməti Ukraynaya yüzlərlə Martlet (Yüngül Çoxməqsədli Raket) raketlərini vaxtından əvvəl çatdırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə məlumat Böyük Britaniya Müdafiə Nazirliyinin saytında dərc olunub.
“Belfastda istehsal olunan raketlər Ukraynanın hava məkanını qorumaq üçün istifadə olunur və Böyük Britaniyanın qrant proqramı çərçivəsində vaxtından beş ay əvvəl təhvil verilib”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, raket istehsalçısı “Thales” Kiyevlə 1,6 milyard funt sterlinqlik müqavilənin yekun mərhələsini həyata keçirməyə başlayıb. Nəticədə “Martlet” raketlərinin Ukraynanın hava hücumundan müdafiə sisteminin mühüm hissəsinə çevriləcəyi gözlənilir.
Məryəm Quliyeva