

Bu ilin ilk doqquz ayında Gürcüstan Azərbaycandan 372,76 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Elektrosistemi SC-nin hesabatında bildirilib.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan qonşu ölkəyə elektrik enerjisinin ixracı 6,7 dəfə artıb.
Hesabat dövründə Gürcüstanın idxal etdiyi elektrik enerjisinin ümumi həcmi 1 milyard 542 milyon kilovatt/saat təşkil edib. Bu həcmin əsas tədarükçüsü 672,73 milyon kilovatt/saatla Rusiya (43,6%) olub. Azərbaycan isə Gürcüstanın elektrik enerjisinə olan tələbatının 24,18%-ni təmin edib.
Yanvar-setnyabrda Gürcüstan vasitəsilə Azərbaycandan Türkiyəyə 519,94 milyon kilovatt/saat həcmində elektrik enerjisinin tranziti həyata keçirilib. Bu göstərici illik müqayisədə 49% azdır.