Husilər Səudiyyə Ərəbistanının neft infrastrukturanı vurduqlarını bildiriblər Gündəm

Husilər Səudiyyə Ərəbistanının neft infrastrukturanı vurduqlarını bildiriblər

Yəmənin "Ənsar Allah" hərəkatından olan üsyançı-husilər Pilotsuz Uçuş Aparatlarının (PUA) köməyi ilə Səudiyyə Ərəbistanının neft infrastrukturuna zərbə endirdiklərini iddia edirlər.

Xalqcebhesi.az -ın xəbərinə görə, hərəkatın hərbi sözçüsü Yəhya Saria bildirib ki,"Xam nefti şərq və qərb istiqamətlərinə vuran nasos stansiyalarına PUA-larla zərbələr endirilib. Zərbələr dəqiq olub".

Bununla yanaşı, husilər Yəmənin Ədən və Ləhc əyalətlərində ərəb koalisiyasının hərbi hədəflərinə balistik raketlərlə zərbə endirdiklərini bildiriblər.

Məryəm Quliyeva