Qırğızıstan prezidentini seçdi Dünya

Qırğızıstan prezidentini seçdi

Qırğızıstanda keçirilən prezident seçkilərində səslərin artıq 97 faizi sayılıb.
Son nəticələrə əsasən, Sosial Demokrat Partiyasının namizədi Soornbay Jeenbekov 54.22% səslə liderdir.
Qeyd edək ki, bugünkü səsvermədə 11 namizəd prezidentlik uğrunda mübarizə aparırdı.
Politoloq Məhəmməd Əsədullazadə Qırğızıstanda keçirilən seçkilərin nəticəsini şəhr edərkən bildirib ki, Qırğızıstanda növbəti dəfə demokratik seçkiləri keçirildi. Hazırkı prezident Almazbek Atambeyev konstitusiyaya uyğun olaraq iki dəfədən artıq prezidentliyə namizədliyini irəli sürmədi. Halbuki prezidentliyi dövründə böyük varidata və səlahiyyətlərə malik olan Atambeyev konstitusiyada dəyişiklik edib, növbəti dəfə öz hakimiyyətini qoruya bilərdi.
Hazırda Qırğızıstanda sabiq baş nazir muxalif namizəd sosial-demokratların lideri Soornbay Jeenbekov seçkilərdə qələbə qazandı. Bundan sonra, ölkəni sosial-demokratlar idarə edəcək: "Qeyd edim ki, Soornbay Jeenbekov öz seçki kampaniyasında hakimiyyətə gələcəyi təqdirdə Almazbek Atambayevin prezidentlik dövrünü təştif edəcəyi, hakim ailəyə məxsus mülkləri üzə çıxaracağını qeyd edib. Artıq, muxalif lider seçkilərdə qələbə qazanıb. Onun sabiq prezidentə qarşı verdiyi vədləri yerinə yetirməsi gözlənilir. Çünki, bununla xalqın etimadını qazanaraq gələcəkdə belə bir prosedurlara son qoymaq niyyətindədir.
Almazbek Atambayev prezidentliyi dövründə Azərbaycanla bir o qədər siyasi əlaqələrin inkişafında maraqlı olmayıb. Hətta İslamabadda İslam Konfransı Təşkilatının nəzdində İqtisadi əməkdaşlıq üzrə konfransda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnaməyə səs verməmişdi.
Ümumiyyətlə Atambeyev qeyri-müəyyən siyasəti ilə yadda qalmış oldu. Onun dövrü Qırğızıstanda radikal dini məzhəbin çiçəklənməsi dövrü oldu.
Qeyd edim ki, Atambeyev öz ölkəsində deyil, xaricə gedəcəyi gözlənilir. Çünki ölkəsində qalarsa, korrupsiya və digər hallara görə istintaq çəkişmələrinə məruz qalacaq".
"Azadlıq" radiosunun qırğız xidməti bildirir ki, Qırğızıstan prezidenti Almazbek Atambayev Bişkekdə səsvermədən sonra jurnalistlərin suallarına cavab verərkən deyib:
"Yanıma xarici oliqarx gəlmişdi və Babanovu dəstəkləmək üçün mənə 20 milyon dollar təklif edirdi".
A.Atambayevdən soruşublar ki, o, namizədlərdən biri haqda öz fikirini niyə dəyişdirdi. Prezident cavab verib ki, vəziyyət ay yarım əvvəl dəyişdi: "Məhz ay yarım əvvəl birdən gördüm ki, Babanov məni necə ləkələməyə başlayır. Halbuki Babanov əvvəllər həmişə məni "Abi" adlandırırdı (bu türkcə - böyük qardaş deməkdir), tərifləyirdi, özü də elə tərifləmələri mən başqa heç kimdən eşitmirdim.
Babanov, hansı ki, mənə "Sizin yolunuzu yalnız mən davam edəcəyəm" deyirdi, birdən bəyan etdi ki, biz o yolla getmirik. Açıq danışıram, yanıma Babanovun adından bir xarici oliqarx gəlmişdi, ona dəstək olmaq üçün mənə 20 milyon dollar təklif etdi. Mən isə dedim: "Əzizim, elə şeylər var ki, satılmır".
Nə vaxt ki, bəzi şeylərin üstü açılmağa başladı və nə vaxt ki, qarışıqlıqlara hazırlığın haradan maliyyələşdirildiyi aydın oldu, mən onda düşünməyə başladım. Mən sadəlövh insanam - aldanılıram, Qırğızıstan xalqı da eynilə mənim kimi. Amma Allaha şükür ki, mən Babanovun iç üzünü vaxtında ayırd etməyə imkan tapdım".