Azərbaycanda ev təsərrüfatlarına verilən kreditlər 12%-ə yaxın artıb İqtisadiyyat

Azərbaycanda ev təsərrüfatlarına verilən kreditlər 12%-ə yaxın artıb

2025-ci ilin oktyabrında banklar və qeyri-bank kredit təşkilatları üzrə ev təsərrüfatlarına cəmi kredit qoyuluşu 18 milyard 583.6 milyon manat təşkil edib.

Bu barədə Mərkəzi Bankın hesabatında qeyd olunub.

Bu istiqamətdə ilin əvvəli ilə müqayisədə 8.37%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 11.96% artım olub. 2025-ci il noyabrın 1-nə kredit portfelinin 59.6%-i ev təsərrüfatlarının payına düşüb.