Pakistanda yerli icra administratorunun avtomobili atəşə tutulub, 4 nəfər ölüb Dünya

Pakistanda yerli icra administratorunun avtomobili atəşə tutulub, 4 nəfər ölüb

Pakistanda silahlı şəxslər ölkənin şimal-qərb hissəsində yerli icra nümayəndəsi də daxil olmaqla, 4 nəfəri öldürüb.

APA Pakistan mediasına istinadən xəbər verir ki, yerli icra administratoru, onun iki cangüdəni və yoldan keçən təsadüfi bir insan silahlı hücumun qurbanı olub.

Hücum ölkənin Xeybər-Paxtunxva vilayətində baş verib.

Yerli polisin məlumatına görə, icra hakimiyyəti administratorunun maşını silahlılar tərəfindən pusquya salınıb.

Hələlik hücumla bağlı heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Qeyd edək ki, dünən Pakistanın şimal-qərb hissəsində Lakki Mərvat bölgəsində polis maşını partladılıb və nəticədə bir polis zabiti həlak olub.