20:11
343
“Ermənistanda revanşist qüvvələrin yenidən hakimiyyətə gəlmək ehtimalı zəif görünür. Çünki regionda formalaşmış yeni geosiyasi reallıq və güc balansı açıq şəkildə Azərbaycanın xeyrinə dəyişib”.
Bu fikirləri politoloq Əli Mustafa xalqcebhesi.az-a açıqlamasında deyib.
Politoloqun sözlərinə görə, müxalifətdə olarkən sərt və aqressiv ritorika nümayiş etdirmək mümkündür, lakin hakimiyyət məsuliyyəti tamamilə fərqli davranış tələb edir. Revanşist dairələr də bunu anlayırlar. seçki öncəsi radikal bəyanatlar əsasən elektoratı səfərbər etməyə hesablanıb:
“Hazırda Ermənistan müxalifətinin əsas məqsədi aqressiv və narazı seçici kütləsini öz ətrafında toplamaqdır. Ancaq onlar hakimiyyətə gəldikləri halda indiki ritorikanı davam etdirmələrinin mümkün olmadığını yaxşı bilirlər. Çünki Azərbaycanın hərbi-siyasi üstünlüyü artıq danılmaz faktdır”.
Əli Mustafa hesab edir ki, əgər revanşist qüvvələr hakimiyyətə gəlsələr belə, daha praqmatik mövqe sərgiləməyə məcbur olacaqlar:
“Əks halda, yəni hazırkı təxribatçı və sərt xətti davam etdirsələr, Azərbaycan tərəfindən çox ciddi cavabla üzləşə bilərlər. Üstəlik, əvvəlki dövrlərdən fərqli olaraq, bu dəfə onlara kənardan ciddi dəstək veriləcəyi də inandırıcı görünmür”.
Günel Elxan