Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
14 May 12:40
5 838
"Hazırkı mərhələdə Rusiya-Ukrayna müharibəsində həm atəşkəs, həm də danışıqlar prosesi daha çox şərti xarakter daşıyır".
Bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu "xalqcebhesi.az"a açıqlaması zamanı deyib.
Deputat qeyd edib ki, döyüş meydanında formalaşan vəziyyət fonunda real nəticə verəcək danışıqlar üçün hələ zəmin yaranmayıb: “Hazırkı mərhələdə Rusiya-Ukrayna müharibəsində hər şey şərtidir. Hər hansı danışıqların aparılması da, atəşkəsin əldə olunması da daha çox simvolik xarakter daşıyır. Çünki döyüş meydanında yaranmış reallıq onu göstərir ki, nə atəşkəs, nə də danışıqlar anlayışını bu gün real məzmunda istifadə etmək mümkündür. Tərəflər öz mövqelərində israrlıdır.Rusiya işğal siyasətindən geri çəkilmir. Ukrayna isə öz ərazi bütövlüyünü qorumaq üçün mübarizə aparır və işğalçılara təslim olmaq istəmir. Bu baxımdan beynəlxalq hüquq və ədalət Ukraynanın tərəfindədir”.
Deputat vurğulayıb ki, Ukrayna prezidenti Volodimir Zelenskinin sərgilədiyi mövqe ölkəsini müdafiə etməyə yönəlib: “İstənilən dövlət özünə qarşı edilən hücumlara cavab vermək hüququna malikdir. Ukrayna da bu hüquqdan istifadə edir və hazırkı mərhələdə bunu kifayət qədər effektiv şəkildə həyata keçirir. Mövcud şəraitdə danışıqlardan real nəticə gözləmək çətindir.
Əgər obrazlı desək, hazırda danışıqlardan danışmağın özü çox da gerçəkçi görünmür. Çünki danışıqlar üçün sahədə real zəmin hələ formalaşmayıb”.
25 Sentyabr 20:55
560
25 Sentyabr 19:20
609
25 Sentyabr 16:47
623