Çin sirk truppasının rəhbəri: Nömrələri xüsusi olaraq azərbaycanlı tamaşaçılar üçün hazırlamışıq
İranda etiraz aksiyaları genişlənir - Həmədanda da aksiya keçirildi
"Trxtur"un baş məşqçisi Xrovatiyada ilin baş məşqçisi seçildi
Azərbaycan və Somali diplomatik pasport sahiblərini viza tələblərindən azad edəcək
10:10
658
İran prezidenti Məsud Pezeşkian başçılıq etdiyi hökuməti ölkədə baş verən etiraz aksiyalarının iştirakçılarının tələblərinə diqqətlə yanaşmağa çağırıb.
APA İran mediasına istinadən xəbər verir ki, Prezident bu məqsədlə ölkənin daxili işlər nazirinə müvafiq tapşırıq verdiyini açıqlayıb.
“Daxili işlər nazirinə tapşırıq verdim ki, etirazçıların nümayəndələri ilə dialoq apararaq onların haqlı tələblərini dinləsin və dövlət özünün tam potensialı ilə onların çətinliklərinin həlli istiqamətində fəaliyyət göstərsin”, – deyə Pezeşkian bildirib.
Qeyd edək ki, İranın milli valyutası rialın ABŞ dolları qarşısında kəskin dəyər itirməsinə etiraz olaraq dünən paytaxt Tehran bazarlarında bir qrup sahibkar etiraz aksiyası keçirib. Hazırda vəziyyətlə bağlı aidiyyəti qurumlar tərəfindən müzakirələr aparıldığı bildirilir.