10:17
637
Yəmən Prezident İdarəetmə Şurasının rəhbəri Rəşad Məhəmməd əl-Əlimi, ölkənin şərqindəki separatçı hərəkətlərə görə Birləşmiş Ərəb Əmirlikləri ilə birgə müdafiə müqaviləsini ləğv etmək qərarına gəldi.
Xalqcebhesi.az xəbər verir ki, müvafiq fərmanın mətni Yəmənin SABA xəbər agentliyi tərəfindən dərc edilib.
Sənəddə deyilir ki, "Birləşmiş Ərəb Əmirlikləri ilə birgə müdafiə müqaviləsi ləğv edilsin". Yəmən hakimiyyəti həmçinin BƏƏ-dən bütün qüvvələrini və texniki heyətini 24 saat ərzində respublika ərazisindən çıxarmağı tələb edib.
Məryəm Quliyeva