09:18
630
Çin, "Tianhui-7" peykini xəritələşdirmə, torpaq ehtiyatlarının tədqiqi və elmi tədqiqatlar üçün orbitə buraxdı.
Xalqcebhesi.az xəbər verir ki,bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
"Changzheng-4B" (CZ-4B, Long March-4B) daşıyıcı raketi, Çin şimalındakı Jiuquan Kosmodromundan buraxılıb. Bu, "Changzheng" raket seriyasının 622-ci buraxılışı olub. "Changzheng-4B" üç mərhələli maye yanacaqla işləyən bir raketdir. Məsələ, Jiuquan Kosmodromunda ilin ən soyuq dövrünə, həmçinin qar yağışlarına və kəskin temperatur dəyişikliklərinə təsadüf etdi. Raket üçün soyuqdan qorunma məqsədilə xüsusi bir qoruyucu qalxan hazırlanıb.
"Changzheng-4B" raketi Şanxay Kosmik Texnologiyalar Akademiyası tərəfindən hazırlanıb.
Məryəm Quliyeva