“The Sunday Times” sensasion xəbər Dünya

“The Sunday Times” sensasion xəbər

NATO postsovet respublikalarında qoşun yerləşdirə bilər

NATO ölkələri postsovet respublikalarının ərazisində qoşun yerləşdirilməsi ilə bağlı planları nəzərdən keçirirlər.
APA-nın "The Sunday Times" nəşrinə istinadən verdiyi məlumata görə, bununla da "soyuq müharibə" bitdikdən sonra Rusiya ilə imzalanmış sazişə son qoyulacaq.
Məqalədə bildirilir ki, müvafiq planlar gələn həftə Brüsseldə 28 NATO ölkəsinin müdafiə nazirlərinin toplantısında müzakirə olunacaq. Məqsəd bu ilin sentyabrında NATO ölkələri liderlərinin sammiti üçün rroqram hazırlamaqdır.
Qeyd edək ki, NATO ilə Rusiya 1997-ci ildə əməkdaşlıq sazişi imzalayıblar. Həmin sazişə əsasən, Qərb dövlətləri Elba çayından şərq istiqamətində qoşun yerləşdirməyəcək.
NATO-dakı mənbələr bildirirlər ki, bu saziş Rusiya Krımı işğal edənədək qüvvədə olub.
"The Sunday Times" qeyd edir ki, alyansın planları haqqında məlumatlar ötən həftə, Rusiya ilə Çin arasında qaz sazişi imzalandıqdan sonra yayılıb: "Bu, Qərbə önəm verilməməsinin əlaməti kimi dəyərləndirilib".