12:25
812
Fransanın “Patriotlar” partiyasının lideri Florian Filippo vətəndaşları hökumətin sosial şəbəkələr üzərində nəzarətinə qarşı keçiriləcək mitinqə qatılmağa çağırıb. Mitinq gələn həftə Parisdə keçiriləcək.
Xalqcebhesi.az xəbər verir ki, Filippo "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada planlaşdırılan tədbirləri “Üz tanıma və ya Avropa rəqəmsal identifikasiyası ilə sosial şəbəkələrə giriş. Orvell cəmiyyəti. Nəzarət və polis kontrolu” sözləri ilə şərh edib. O, həmçinin yazıb: “Gəlin azadlıq uğrunda mübarizəni dayandırmayaq! Qalib gələcəyik! Azadlıq mitinqi fevralın 15-də, bazar günü, saat 15:00-da Mars meydanında keçiriləcək.”
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə hökumət 16 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələri qadağan edən qanun layihəsinin sürətli nəzərdən keçirilməsi prosedurunu başladıb. Qanun layihəsi Milli Assambleyada (parlamentin aşağı palatası) ilk oxunuşda artıq dəstəklənib. Makron bildirib ki, layihə çərçivəsində yeniyetmələr üçün Roblox kimi sosial şəbəkə elementləri olan bəzi onlayn oyun platformaları qadağan ediləcək.
Məryəm Quliyeva