10:01
1 211
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə Avropada və ya ABŞ-da görüşməyə hazır olduğunu, lakin Rusiya və ya Belarusda danışıqlara qatılmayacağını bildirib.
Xalqcebhesi.az xəbər verir ki, onun jurnalistlərlə söhbət zamanı səsləndirdiyi fikirləri "UNİAN" agentliyi yayıb.
“Bir neçə dəfə açıq şəkildə eşitmişəm ki, Rusiya tərəfi məni dəvət edib. Düzdür, məncə, dəvət şəxsən mənə ünvanlanmışdı. Mən buna reaksiya verdim. Biz öz dövlətimizi müdafiə edirik və Rusiya bizə hücum edib. Onlar aqressordur. Mən aqressor ölkənin paytaxtı Moskvaya Putinlə danışıqlara gələ bilmərəm”, — deyə Zelenski bildirib.
O əlavə edib ki, Kiyev ABŞ-ın görüşün digər ölkələrin ərazisində keçirilməsi təklifini dəstəkləməyə hazırdır. Söhbət Rusiya və Belarus istisna olmaqla Avropa, Amerika və “neytral ölkələrdən” gedir.
Məryəm Quliyeva