14:03
574
“Abbas Əraqçinin BMT-də insan hüquqları ilə bağlı çıxışına məhdudiyyət qoyulması İranda son dövrlər baş verən hadisələrlə birbaşa əlaqəlidir”.
Bu fikirləri politoloq Oqtay Qasımov XalqCebhesi.az-a açıqlaması zamanı söyləyib.
Onun sözlərinə görə, İran artıq uzun illərdir dünyada insan hüquqlarının ən çox pozulduğu ölkələr sırasında ön yerlərdən birini tutur:
“Xüsusilə ötən ay baş verən etiraz aksiyaları zamanı dinc vətəndaşların qətlə yetirilməsi İranın onsuz da bərbad olan beynəlxalq imicinə daha ağır zərbə vurub. “Məhz bu səbəbdən belə bir ölkənin BMT tribunasında çıxış etməsinə qarşı etirazlar kəskin şəkildə artdı və bununla bağlı müvafiq qərar qəbul olundu”.
Onun fikrincə, bu tip məsələlərdə çıxışların ləğvi və ya məhdudlaşdırılması həmin beynəlxalq qurumun səlahiyyətinə daxildir və bu, beynəlxalq hüquqa zidd sayılmır: “Beynəlxalq təşkilatlar çox vaxt siyasi qərarlar əsasında hərəkət edirlər və qəbul edilən qərar da məhz İranın beynəlxalq səviyyədə formalaşmış neqativ imici ilə bağlıdır. O, etiraz aksiyalarının zorakılıqla yatırılması və minlərlə insanın qətlə yetirilməsinin bu cür qərarların əsas səbəblərindən biri olduğunu da xüsusi vurğulayıb”.
Günel Elxan