Regiondakı gərginlik fonunda Hörmüz boğazından 20-dən çox gəmi keçib Gündəm

Regiondakı gərginlik fonunda Hörmüz boğazından 20-dən çox gəmi keçib

Aprelin 18-də Hörmüz boğazından 20-dən çox gəmi keçib. Bu, İranda müharibə başlayandan bəri ən yüksək göstəricidir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə dəniz daşımalarının analitikası ilə məşğul olan "Kpler" şirkətinə istinadən "Al Jazeera" məlumat yayıb.

Şənbə günü boğazdan uğurla keçən gəmilərdən beşi bu yaxınlarda göyərtəsinə metallardan və müxtəlif neft məhsullarından ibarət İran yükləri götürüb.

Məlumata görə, bu qrupa mayeləşdirilmiş təbii qaz (MTQ) daşıyan üç tanker daxil olub ki, onlardan ikisi Çin və Hindistana istiqamət alıb.

Digər gəmilər isə Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından olan yükləri daşıyıblar.

Məryəm Quliyeva