Hakan Fidan Qətərdə regional təhlükəsizlik məsələlərini müzakirə edəcək
Aİ Rusiya ilə bağlı 16 fiziki şəxsi və 7 təşkilatı qara siyahıya salıb
Ərdoğan: Türkiyənin Aİ-nin müdafiə layihələrində iştirakı hər iki tərəf üçün vacibdir
Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq
20 Aprel 17:36
1 806
Bu gün İqtisadi Şuranın aqrar sahənin inkişafına həsr olunmuş iclası keçirilib.
Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.
Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasının gündəliyində aqrar sahənin dayanıqlı inkişafı, o cümlədən mövcud vəziyyət və inkişaf perspektivləri, kənd təsərrüfatında istehsalın artırılması, məhsuldarlığın yüksəldilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, aqrar ticarətin və ixracın genişləndirilməsi, regionlarda məşğulluğun qorunması və digər carı məsələlər ətraflı müzakirə olunub.
Gündəlikdə olan məsələ üzrə Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun geniş məruzəsi dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər. İclasın yekununda aqrar sahənin inkişafı ilə bağlı qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.