ABŞ nümayəndə heyəti TRIPP üzrə görülən işləri müzakirə etmək üçün Ermənistandadır
Prezident Bakı Olimpiya Stadionunda WUF13 ilə bağlı görülən işlərlə tanış olub
ÜST: Azərbaycanda yaşayan gəmiricilər arasında hantavirusa rast gəlinmir
Fidan: ABŞ və İran əslində müharibəni dayandırmaq istəyirlər
“ATƏT-in Minsk qrupu kimi fəaliyyətsiz qurumlar tarixə qovuşdu”
15:01
539
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan bəyan edib ki, ABŞ və İranın danışıqlar prosesində bir çox mürəkkəb məqamlar var, lakin hər iki tərəf müharibəni dayandırmaq istəyir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Fidan Qətərdə həmkarı Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə keçirdiyi mətbuat konfransında bildirib.
"Danışıqların kifayət qədər mürəkkəb aspektləri var. Lakin mən sizə müsbət məqamlardan danışmaq istəyirəm. Hər iki tərəf əslində müharibəni dayandırmaq istəyir. Onlar Hörmüz boğazını açmaq, blokadaya alınmış gəmilər problemini həll etmək istəyirlər. Onların mövqeyi və niyyətləri belədir. Problem ondadır ki, tərəflərin qəbul edə bilməsi üçün bu niyyətlər kağız üzərində necə ifadə olunmalı və rəsmiləşdirilməlidir. Hazırda tərəflər arasında mesaj mübadiləsi davam edir", — deyib.
Fidanın sözlərinə görə, müharibəyə qayıdış "yalnız dağıntıları gücləndirəcək".
"Hörmüz boğazından bir silah kimi istifadə olunmasının qarşısının alınması regional təhlükəsizlik, sabitlik və dünya iqtisadiyyatı üçün müstəsna əhəmiyyət kəsb edir. Bu baxımdan biz təhlükəsiz keçidin təmin edilməsi və gələcəkdə hazırkı vəziyyətə qayıdışın qarşısının alınması istiqamətində bütün səyləri dəstəkləyirik. Biz bu səylərdə iştirak edirik və prioritetimiz dinc və diplomatik həll yoludur", — deyə Fidan qeyd edib.
Məryəm Quliyeva