16:12
448
Mayın 12-si axşam saatlarında Çinin xarici işlər naziri Van İ Pakistanın baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar ilə telefon danışığı aparıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilir.
İshaq Dar İslamabadın İran və ABŞ arasındakı təmaslarda vasitəçilik istiqamətindəki son səylərindən danışıb, dəstəyinə görə Çinə təşəkkür edib və regionda sülh və sabitliyə töhfə vermək üçün koordinasiyanı gücləndirməyə hazır olduqlarını ifadə edib.
Van İ öz növbəsində Pekinin mövqeyini təsdiqləyib, dialoqun təşviqində Pakistanın rolunu yüksək qiymətləndirib və Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi ilə bağlı məsələlər də daxil olmaqla, vasitəçilik səylərinin davam etdirilməsinin vacibliyini vurğulayıb. O bəyan edib ki, Çin bu səyləri dəstəkləməyə davam edəcək.
Tərəflər həmçinin diplomatik münasibətlərin qurulmasının qarşıdan gələn 75 illiyini müzakirə edib, strateji tərəfdaşlığı, beynəlxalq platformalarda koordinasiyanı gücləndirmək və ikitərəfli əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.
Məryəm Quliyeva