5 İyun 16:20
2 702
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə növbəti əsir mübadiləsi nəticəsində 185 ukraynalı hərbi qulluqçunun və bir mülki şəxsin geri qaytarıldığını bildirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, öz Telegram kanalında yazıb.
"Daha 185 ukraynalı müdafiəçi bu gün Rusiya əsirliyindən evinə qayıdır. Müdafiəçilərlə birlikdə bir mülki şəxs də geri dönür. Onların arasında hələ 2022-ci ildən bəri Rusiya əsirliyində qalan və bir neçə ildən sonra geri qayıdanlar var. Bunu mümkün edən hər kəsə: mübadilə ilə məşğul olan komandaya və tərəfdaşlarımıza təşəkkür edirəm. İnsanlarımızın geri qaytarılması Ukrayna üçün dəyişməz prioritetdir. Hər bir ukraynalı kişinin və qadının əsirlikdən azad edilməsi üçün hər gün çalışırıq", — deyə Zelenski qeyd edib.
Məryəm Quliyeva
18 İyul 20:15
1 057
18 İyul 19:29
1 176
18 İyul 18:38
1 085