NATO planı işə düşdü: İtaliya raket təhdidlərinə qarşı Türkiyəyə "SAMP-T" sistemləri göndərib Gündəm

NATO planı işə düşdü: İtaliya raket təhdidlərinə qarşı Türkiyəyə "SAMP-T" sistemləri göndərib

İtaliyaya məxsus "SAMP-T" zenit-raket kompleksi iyunun 18-də Türkiyədə, Hərbi Hava Qüvvələri komandanlığının Konya şəhərindəki bazasında yerləşdirilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə respublikanın Müdafiə Nazirliyindən jurnalistlərə məlumat verilib.

"NATO-nun daimi müdafiə planı çərçivəsində alyansın hava hücumundan müdafiəsini gücləndirmək məqsədilə bu gün Hərbi Hava Qüvvələri komandanlığının 3-cü əsas reaktiv aviabazasında İtaliyaya məxsus bir ədəd 'SAMP-T' ZRK-sı yerləşdirilib", — deyə nazirlikdən bildirilib.

Daha əvvəl xəbər verilmişdi ki, regionu Yaxın Şərqdən gələn potensial raket təhdidlərindən qorumaq üçün Konyadakı bazada "Aster 30" raketləri ilə təchiz olunmuş "SAMP-T" ZRK-nın yerləşdirilməsi planlaşdırılır.

Məryəm Quliyeva