IEA: Qlobal bərpa olunan enerji gücləri 2026-2031-ci illərdə 4800 giqavat artacaq
Gürcüstanda azərbaycanlı qardaşları qətlə yetirən şəxs saxlanılıb
Fatmayıda fərdi yaşayış evində partlayış olub, 2 nəfər xəsarət alıb
Dövlət şirkətlərində korporativ idarəetmə qaydalarının tətbiqi Maliyyə Nazirliyinə həvalə edilib
29 İyun 16:33
3 584
ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner İran nümayəndələri ilə danışıqlar aparmaq üçün Dohaya uçacaqlar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib.
Bundan əvvəl, iyunun 29-da ABŞ Prezidenti Donald Tramp Qətərin paytaxtında ABŞ-İran danışıqlarının iyunun 30-da keçiriləcəyini bəyan etmişdi. "İran bu həftə görüşmək istəyib, buna görə də xüsusi elçi Vitkoff və Cared Kuşner yüksək səviyyəli görüşlər keçirmək üçün Dohaya uçacaqlar", - deyə o, "Fox News" telekanalının efirində bildirib.
Livitt əlavə edib ki, Dohada həmçinin texniki danışıqlar da aparılacaq.
Məryəm Quliyeva