430-dan çox Ukrayna PUA-sı Moskva regionuna hücum etməyə cəhd göstərib Dünya

430-dan çox Ukrayna PUA-sı Moskva regionuna hücum etməyə cəhd göstərib

Ukrayna Silahlı Qüvvələri (USQ) yenidən pilotsuz uçuş aparatları (PUA) ilə Moskva regionuna hücum etməyə cəhd göstərib.

Xalqcebhesi.az xəbər verir ki, paytaxt meri Sergey Sobyaninin "X" sosial şəbəkəsində verdiyi məlumata görə, iyulun 6-sı axşam saatlarından iyulun 7-si səhər saat altıya qədər region istiqamətində ümumilikdə düşmənə məxsus 430-dan çox PUA uçub.

Sobyanin vurğulayıb ki, onların böyük hissəsi hava hücumundan müdafiə qüvvələri tərəfindən uzaq məsafələrdə qarşılanaraq zərərsizləşdirilib.

Moskvaya yaxınlaşma zonasında isə Ukraynaya məxsus 36 pilotsuz uçuş aparatı məhv edilib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Qəlpələrin düşdüyü yerlərdə fövqəladə hallar xidmətinin mütəxəssisləri çalışır.

İyunun sonunda Ukrayna Silahlı Qüvvələrinin Moskva ətrafına təşkil etdiyi kütləvi hücum nəticəsində altıaylıq körpə həlak olmuşdu. Uşaq valideynləri ilə birlikdə fərdi yaşayış evində olub və ev Ukrayna PUA-sının düşməsi səbəbindən alışıb yandığı üçün faciə baş vermişdi.

Məryəm Quliyeva