Türkiyə Hörmüz boğazının tezliklə açılacağına ümid edir Gündəm

Türkiyə Hörmüz boğazının tezliklə açılacağına ümid edir

Türkiyə Hörmüz boğazının yaxın vaxtlarda gəmiçilik üçün açılacağını gözləyir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada suriyalı həmkarı Əsəd əl-Şeybani ilə keçirdiyi danışıqların yekunlarına dair bildirib.

"Biz ABŞ və İran arasında danışıqların bərpa olunması imkanına işarə edən bəyanatları alqışlayırıq. Atəşkəs rejiminin tezliklə bərpa olunacağına və Hörmüz boğazının açılacağına ümid edirik. Biz bu prosesə töhfə verməyə və danışıqları dəstəkləməyə davam edəcəyik", - deyə o bildirib.

Məryəm Quliyeva