14:45
588
İsrailin təcavüzkar siyasəti Suriyanın sabitliyinə ciddi təhlükə yaradır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada suriyalı həmkarı Əsəd əl-Şeybani ilə keçirdiyi danışıqların yekunlarına dair bəyan edib.
"Suriyada təhlükəsizliyin və sülhün qorunması bizim ümumi öhdəliyimizdir. İsrailin Suriyanın suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş hücumları onun sabitliyi üçün en ciddi təhlükələrdən biridir. Beynəlxalq ictimaiyyət İsrailin işğalçılıq təfəkkürünə qarşı daha qətiyyətlə çıxış etməli, onun Suriyanın suverenliyinə hörmətlə yanaşması üçün lazımi təzyiqi göstərməlidir", - deyə Türkiyə XİN rəhbəri bildirib.
Məryəm Quliyeva