Bakıda parkdan oğurluq edilib Hadisə

Bakıda parkdan oğurluq edilib

Binəqədi rayonunda fəvvarənin metal konstruksiyalarını oğurlayan şəxs saxlanılıb.

APA DİN-ə istinadən xəbər verir ki, Binəqədi rayonu ərazisində yerləşən parkların birində quraşdırılan fəvvarənin ümumi dəyəri 4200 manat olan metal konstruksiyaları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 48 yaşlı A.Əbdülrəhmanov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.