19:15
406
Rusiyanın Kamçatka yarımadasında 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Məlumata görə, zəlzələnin ocağı 59,3 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanların episentri Kamçatka diyarının inzibati mərkəzi olan Petropavlovsk-Kamçatski şəhərindən 334 kilometr məsafədə qeydə alınıb.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilməyib.