7 Avqust 13:48
10:00
392
“2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan nəticələr Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallığın beynəlxalq səviyyədə qəbulunun göstəricisi oldu. Prezident İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində strateji tərəfdaşlıq istiqamətində razılaşmaların əldə edilməsi, “907-ci düzəliş”in dondurulması və regional kommunikasiya layihələri üzrə irəliləyiş Bakının Vaşinqtonla münasibətlərini daha praqmatik müstəviyə çıxardı. Bu proses əvvəlki illərdə ikitərəfli münasibətlərdə yaranmış siyasi gərginliyin aradan qaldırılması və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov deyib.
A.Nəsirov qeyd edib ki, eyni zamanda, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması uzun illər davam edən münaqişədən sonra regionda dayanıqlı sülhün hüquqi-siyasi əsaslarının yaradılması istiqamətində mühüm mərhələ kimi qiymətləndirilə bilər: “Azərbaycanın irəli sürdüyü beş prinsip əsasında formalaşan sülh gündəliyi göstərir ki, Bakı hərbi qələbədən sonra regional münasibətləri qarşıdurma deyil, suverenlik, ərazi bütövlüyü və qarşılıqlı tanınma prinsipləri üzərində qurmağa çalışır. Vaşinqton prosesinin əsas strateji nəticəsi də məhz Azərbaycan–Ermənistan münasibətlərinin normallaşmasını ABŞ–Azərbaycan əlaqələrinin inkişafı və Cənubi Qafqazın yeni təhlükəsizlik arxitekturası ilə əlaqələndirməsidir”.
Röya İsrafilova
10:20
371
7 Avqust 14:37
735
7 Avqust 13:48
1 190