Ərdoğan Türkiyə-Pakistan-Səudiyyə Ərəbistanı hərbi ittifaqının heç bir ölkəni hədəf almadığını bildirib Dünya

Ərdoğan Türkiyə-Pakistan-Səudiyyə Ərəbistanı hərbi ittifaqının heç bir ölkəni hədəf almadığını bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Məkkə Ortaq Müdafiə Sazişi”nin heç bir ölkəni hədəf almadığını bildirib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, o bu barədə açıqlamasında danışıb.

“Bu saziş bölgəmizin sülhünü, rifahını və sabitliyini məqsəd qoyan qardaş ölkələrin qoşulmasına açıqdır.

Kollektiv çəkindirmə prinsipinə əsaslanan bu saziş təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığa, birgə müdafiə sənayesi layihələrinə və terrorizmlə mübarizəyə töhfə verəcək”, – deyə Ərdoğan qeyd edib.