8 Avqust 13:00
14:31
392
İranın xarici işlər naziri Abbas Əraqçi hazırda Tehranın Vaşinqtonla heç bir danışıqlar aparmadığını bildirib.
Xalqcebhesi.az xəbər verir ki, Əraqçinın sözləri onun Telegram kanalında sitat gətirilib.
"Hazırda biz ABŞ ilə danışıqlar aparmırıq. Danışıqların bərpasına zəmin yaratmaq üçün vasitəçilər vasitəsilə mesaj mübadiləsi davam edir", — deyib.
İslam Respublikasının XİN rəhbəri, həmçinin qeyd edib ki, ABŞ əvvəlki anlaşmanın pozulmasına görə məsuliyyətini etiraf etməyincə birbaşa dialoq baş tutmayacaq.
Məryəm Quliyeva