10:20
455
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri Rusiya-Ukrayna müharibəsinin dördüncü ilində, Avrasiya məkanında yeni siyasi və təhlükəsizlik mühitinin formalaşdığı, böyük güclər arasında rəqabətin daha da kəskinləşdiyi bir vaxtda Azərbaycanın xarici siyasətdə atdığı cəsarətli bir addım kimi qiymətləndirilməldir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
M.Cəfərov bildirib ki, Azərbaycanla Ukrayna arasında mövcud olan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qarşılıqlı hörmət və milli maraqların nəzərə alınması prinsipi üzərində qurulub: “Ceyhun Bayramovun Kiyevə səfəri həm də Azərbaycanın beynəlxalq sistemdə öz yerini necə müəyyənləşdirdiyini göstərən mühüm siyasi hadisədir. Səfər bir daha nümayiş etdirdi ki, Bakı öz xarici siyasətini hər hansı geosiyasi blokun maraqlarına uyğun deyil, milli maraqları və uzunmüddətli strateji hədəfləri əsasında formalaşdırmağa çalışır. Müharibənin uzanması yalnız döyüş meydanındakı vəziyyəti deyil, dövlətlərin xarici siyasət prioritetlərini, regional ittifaqları və iqtisadi əlaqələri də yenidən müəyyənləşdirir”.
Deputatın sözlərinə görə, belə mürəkkəb beynəlxalq şəraitdə yüksək səviyyəli diplomatik səfərlər ikitərəfli münasibətlərlə yanaşı, həm də həmin ölkələrin strateji seçimlərinin göstəricisinə çevrilir: “Bu baxımdan Kiyevə səfər Bakının mürəkkəb geosiyasi şəraitdə diplomatik fəallığını davam etdirdiyini və müxtəlif güc mərkəzləri ilə siyasi dialoqu eyni vaxtda saxlamaq niyyətində olduğunu göstərir. Azərbaycanın xarici işlər nazirinin Kiyevə getməsi onu göstərir ki, Bakı regionda baş verən prosesləri sadəcə müşahidə edən tərəf deyil. Kiyevdə keçirilən görüşlər də bunun əsl nümunəsinə çevrildi.
Ceyhun Bayramovun Kiyevə səfəri Azərbaycanın regional güc mərkəzləri ilə münasibətlərində strateji tərəfdaşlıq əlaqələrini qoruyub saxlayaraq çoxşaxəli xarici siyasət kursunu ardıcıl şəkildə davam etdirdiyini nümayiş etdirən mühüm diplomatik addımdır”.
Röya İsrafilova
11:49
182
10:00
462
7 Avqust 14:37
749