Əraqçi: İran və Oman Hörmüz boğazı üzrə saziş bağlamağa yaxındır Gündəm

Əraqçi: İran və Oman Hörmüz boğazı üzrə saziş bağlamağa yaxındır

İran Hörmüz boğazının idarə olunmasının hüquqi aspektləri və hərəkət marşrutlarının müəyyənləşdirilməsi üzrə Omanla danışıqları davam etdirir, tərəflər saziş bağlamağa çox yaxındırlar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi məlumat verib.

"Omanla Hörmüz boğazının idarə olunması, hüquqi mexanizmlər və gəmiçilik marşrutlarının müəyyən edilməsi üzrə danışıqlar aparılır və biz sazişə çox yaxınıq", — deyə "Tasnim" agentliyi onun sözlərindən sitat gətirib.

Əraqçi vurğulayıb ki, əvvəllər mövcud olan marşrut Tehran üçün məqbul deyil və tərəflər bir çox hüquqi və texniki çətinliklərlə bağlı olan yeni yol işləyib hazırlamalıdırlar. "Yeni marşrut hazırlanana qədər müvəqqəti marşrut nəzərdən keçiriləcək və bu, gələcək marşrutun əsasını təşkil edəcək", — deyə İran XİN rəhbəri əlavə edib.

Məryəm Quliyeva