Əməkdar jurnalist Nurani Yasamal qəbiristanlığında dəfn edilib - YENİLƏNİB
Astarada dənizdə boğulduğu iddia edilən 5 uşaq atasının hava yolu ilə ölkəni tərk etdiyi məlum olub
ABŞ məhkəməsi Trampın 75 ölkəyə qoyduğu viza qadağasını ləğv edib
Azərbaycan-Özbəkistan: Yüksəksəviyyəli münasibətlərdə yeni mərhələ
15:31
553
İran ordusu Fars körfəzi zonasındakı son hərbi əməliyyatlar nəticəsində müdafiə hərbi doktrinasından hücum doktrinasına keçib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi, briqada generali Məhəmməd Əkrəminiya bəyan edib.
"Keçmişdə ölkənin hərbi doktrinası müdafiə xarakteri daşıyırdı, lakin son iki müharibə zamanı tədricən müdafiə doktrinasından hücum doktrinasına keçidin şahidi olduq", – deyə IRNA agentliyi Əkrəminiyanın sözlərini sitat gətirib. O qeyd edib ki, yeni doktrinanın göstəricilərindən biri "qabaqlayıcı əməliyyatların keçirilməsidir". "İordaniyadakı ABŞ bazasına hücum zamanı biz ABŞ-nin texnikasına, obyektlərinə və canlı qüvvəsinə ciddi zərər vuraraq faktiki olaraq qabaqlayıcı yanaşma nümayiş etdirdik", – deyə iranlı general izah edib.
Əkrəminiyanın vurğuladığı kimi, "hücum hərbi doktrinası konsepsiyasının digər tərəfi istənilən təcavüz aktına dərhal cavabın verilməsi faktıdır və bu cavab təcavüz aktının özündən daha genişmiqyaslı ola bilər". Onun əminliyinə görə, "İslam Respublikasının hücum yanaşmasının məhz bu tərəfləri və əlamətləri bu müharibədə özünü büruzə verdi".
İranın hərbi doktrinasının tam müdafiə xarakterindən hücuma keçməsinin nəticələri "düşmənin təcavüzkar hərəkətlərinə sürətli və miqyaslı cavabda, habelə qabaqlayıcı əməliyyatların keçirilməsində görünür", – deyə İslam Respublikası ordusunun rəsmi nümayəndəsi yekunlaşdırıb.
Məryəm Quliyeva