13:39
455
Əfqanıstan sanksiyaların ləğvinə və aktivlərin dondurulmasının açılmasına nail olmaq cəhdi ilə ABŞ-yə faydalı qazıntı resurslarına çıxış təklif edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti Əfqanıstanın xarici işlər naziri Əmir Xan Muttaqiyə istinadən məlumat verib.
Nəşr bildirir ki, Vaşinqtonla münasibətlər barədə sualı cavablandıran Muttaqi Əfqanıstanın faydalı qazıntıların çıxarılması, infrastrukturlar, kənd təsərrüfatı və ticarət kimi sektorlara "şübhəsiz ki" Amerika investisiyalarını alqışladığını bəyan edib. "Əfqanıstan və ABŞ arasındakı münasibətlər son 20 illik müharibə prizmasından deyil, daha çox gələcək əməkdaşlıq əsasında qiymətləndirilməlidir", - deyə XİN rəhbəri qeyd edib.
Öz növbəsində o, "ölkənin iqtisadi siyasətinin açıq olduğunu" bildirib. FT-nin məlumatına görə, geoloji tədqiqatlar Əfqanıstanın dəyəri təxminən 1 trilyon dollar qiymətləndirilən faydalı qazıntılara malik olduğunu göstərir. Bunların arasında mis, dəmir filizi, niobium, kobalt, qızıl və litium kimi iri yataqlar var.
Nəşrdə qeyd olunur ki, Muttaqi faydalı qazıntıların çıxarılmasına kapital qoyuluşu təklifinin birbaşa Ağ Evə edilib-edilmədiyini dəqiqləşdirməyib.
Məryəm Quliyeva