"Özatom" Atom Elektrik Stansiyasının tikinti planlarını açıqlayıb Dünya

"Özatom" Atom Elektrik Stansiyasının tikinti planlarını açıqlayıb

Özbəkistanda Atom Elektrik Stansiyasının tikintisi üzrə layihə sənədləri 2026-cı ilin sonuna qədər hazır olacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Özatom"un saytında dərc olunan materialda bildirilir.

İlin sonunadək həmçinin xarici şəbəkələrin tikintisinə başlamaq və istehsalın lokalizasiyasını genişləndirmək planlaşdırılır. Bundan əlavə, sifarişçi və istismar heyəti üçün kadr hazırlığı sürətləndiriləcək.

2027-ci ildə isə iri VVER (sulu nüvə reaktoru) blokları üzrə sənədləşmənin hazırlanması, ümumstansiya binalarının layihələndirilməsi və uzunmüddətli istehsal dövrünə malik avadanlıqlar üçün sifarişlərin yerləşdirilməsi nəzərdə tutulur.

Məryəm Quliyeva