İran təhlükəsinə qarşı tədbir: ABŞ ordusu hərbi cihazlarda izləyiciləri söndürür Dünya

İran təhlükəsinə qarşı tədbir: ABŞ ordusu hərbi cihazlarda izləyiciləri söndürür

ABŞ hərbçiləri kommersiya yolu ilə əldə edilə bilən məkan məlumatlarının İranın Yaxın Şərqdəki Amerika qüvvələrinə zərbələr endirməsinə kömək edə biləcəyi narahatlığı fonunda bir sıra telefon və kompüterlərdə reklam izləyicilərini söndürüblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Agentlik bu materialı senator Ron Uayden tərəfindən açıqlanan ABŞ Hərbi Hava Qüvvələri, Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri və Xüsusi Əməliyyatlar Komandanlığının məktublarına, habelə ABŞ Ordusu tərəfindən agentliyə təqdim edilən bəyanatlara əsaslandırır.

Hərbi Hava Qüvvələri Uaydenə iki ay əvvəl kompüter və mobil telefonlarda reklam identifikatorlarını söndürdüklərini bildirib. ABŞ Xüsusi Əməliyyatlar Komandanlığı isə "bu yaxınlarda" "Windows" əməliyyat sistemi ilə işləyən cihazlarda onları söndürdüyünü bəyan edib.

Uayden hərbçilərin bu səylərinin "bu təhlükəni neytrallaşdırmaq üçün səmərəsiz olduğunu" qeyd edib.

Məryəm Quliyeva